A24 Xeber

Bakıda yarımçıq piyada keçidi – FOTO

Bakıda yarımçıq piyada keçidi – FOTO
41
08 Aprel 2018 - 14:50

Son günlər sosial şəbəkələrdə müzakirə olunan yarımçıq piyada keçidi xətləri uyğunsuzluq deyil, görülən təmir işləri ilə əlaqədardır.

A24.Az “Axar.az”a istinadən xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev yarımçıq piyada keçidləri barədə danışarkən deyib.

O, Məhəmməd Hadi küçəsindəki yarımçıq piyada zolağını da bununla əlaqələndirib:

“Məhəmməd Hadi küçəsində təmir əvvəlcə yolun bir hissəsində, sonra isə digər hissəsində aparılır. Bir hissədə asfaltlama işləri qurtardıqdan sonra müvafiq nişanlama işləri görülür. O hissə artıq nişanlanıb. Sosial şəbəkələrdə müzakirə olunan şəkil yolun təmir olunması ilə əlaqədardır”.

Qeyd edək ki, Bakının bəzi yerlərində, o cümlədən Məhəmməd Hadi küçəsində çəkilmiş yarımçıq piyada keçidi müzakirələrə səbəb olub. Fotodan da göründüyü kimi, yol çəkilişi tam başa çatıb, piyada zolağının olmadığı istiqamətdə isə bütün yol xətləri tamamlanıb, yalnız piyada zolağı unudulub.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00