Bakıda yaşayış binaları yaxınlığında anbarda baş vermiş yanğın söndürülüb (VİDEO) (YENİLƏNİB)

Bakıda yaşayış binaları yaxınlığında anbarda baş vermiş yanğın söndürülüb (VİDEO) (YENİLƏNİB)
Want create site? Find Free WordPress Themes and plugins.

Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yaşayış binalarının yaxınlığnda yerləşən həyət evləri və obyektlərin ərazisində yanğın baş verib.

A24.Az-ın Trend-ə istinadla məlumatına görə, hazırda yanğını söndürmək üçün hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi (FHN) Nərimanov rayonundakı yanğınla bağlı yaydığı məlumatda qeyd olunur ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən anbarda yanğın baş verib. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Ölən və xəsarət alan olmayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar