A24 Xeber

Bakıda yaşayış binasında yanğın – 20 sakin təxliyə olundu

Bakıda yaşayış binasında yanğın – 20 sakin təxliyə olundu
34
31 May 2018 - 1:34

Bakıda yanğın hadisəsi qeydə alınıb.

A24.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 5 m2 sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00