A24 Xeber

Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi
156
26 Aprel 2018 - 22:14

Bakıda yaşayış binasında yanğın baş verib.

A24.Az  FHN-in saytına istinadən xəbər verir ki, yanğın şəhərin Sabunçu rayonunda ümumi sahəsi 69 m2 olan iki otaqlı (yaşayışı olmayan) mənzildə baş verib.

Nəticədə mənzildə 8 m2 sahədə məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təxliyə edilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00