Bakıda yeni “bank” soyğunu

Bakıda yeni “bank” soyğunu
Want create site? Find Free WordPress Themes and plugins.

Maddi problemlər üzündən sələmçilərin və lombardların “borc tələsi”nə düşən vətəndaşlar bununla öz vəziyyətlərini daha da ağırlaşdırırlar.

“A24.Az” xəbər verir ki, son iyirmi ay ərzində milli valyutanın iki dəfə devalvasiyaya məruz qalmasından sonra vətəndaşların borc üçün sələmçilərə və lombardlara üz tutmaları intensivləşib.

Lakin əksər hallarda bu addım vətəndaşların problemini həll etmək əvəzinə, onları daha ağır duruma salır. Durmadan artan faizlər qarşısında ödəmə qabiliyyəti azalan vətəndaşlar faktik olaraq, sələmçilərin girovuna çevrilirlər. Eyni zamanda, lombardlara müraciət edən vətəndaşlar girov qoyduqları qiymətli əşyaların qarşılığında qeyri-adekvat məbləğdə borc götürsələr də, şərtlərin şərtlərin əlverişsiz olması nəticədə onları böyük maddi itki ilə üzləşdirir.

Məsələyə dair “A24.Az”-a açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, bu tip problemlərin həllinin yolu ölkənin bank sisteminin sağlamlaşdırılmasından keçir:
“Fikrimin əvvəlində dövlət başçısının bu fikrini xatırlatmağı lazım bilirəm ki, ölkənin bank sistemi sağlaşmlaşdırılmalıdır. Bu problem həll olunmasa, o zaman sələmçilər də öz soyğunçuluqlarını davam etdirəcək, onlardan asılı düşın vətəndaşların da vəziyyəti ağırlaşacaq. Bank sisteminin sağlaşdırılmasına dair deputat həmkarım Əli Məsimovla birlikdə hazırladığımız təklifləri hələ neçə ay əvvəl prezidentin iqtisadi islahatlar üzrə köməkçisinə təqddim etmişik. Amma təəssüf ki, həmin təkliflərə bu günə kimi münasibət bildirilməyib.

Hazırladığımız təkliflərdə bank sektorunda zəruri olan islahatlar öz əksini tapıb. O təkliflər nəzərə alınsa, vətəndaşların banklardan kredit götürmələri və ödəmələri kimi məsələlər daha optimal qaydada tənzimlənər, vətəndaşların məcburiyyətdən sələmçilərə, lombardlara üz tutmasına ehtiyac qalmaz”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar