Bakıda yol polisi şəhid yola salan sürücüyə: "Başımız sağ olsun, yaxşı yol"

Bakıda yol polisi şəhid yola salan sürücüyə: “Başımız sağ olsun, yaxşı yol”
Want create site? Find Free WordPress Themes and plugins.

Emin Tarverdiyev adlı sürücü özünün “Facebook” səhifəsində maraqlı paylaşma edib.

“A24.az” “avtosfer.az”a istinadən xəbər verir ki, fevralın 28-nə keçən gecə şəhid nəşini qarşılamaq üçün gecə yola çıxan sürücünü Bakıda yol polisi əməkdaşı saxlayıb. Sürücünün dediyi sözlərdən sonra yol polis hərbi salam verərək onu yola salıb:

“Gecə aeroportdan qayıdanda saat 03:35-i keçmişdi. Əbdülrəhimbəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospekpetinin kəsişməsindəki işıqforda yanımda DYP maşını saxladı. Yaşıl işıq yandı, maşını yerdən götürdüm, 5-10 metr aralanmışdım ki, 99 YP 474 məni saxlamaq üçün sayrışan işıqlarını yandırdı. Sağa verib saxladım. Qısa bir dialoqumuz oldu, gözü şitin üstündəki bayrağa sataşdı. “Siz haradan gəlirsiniz?” soruşanda, “Şəhid yola salmaqdan” dedim. Hərbi salam verib, “Başımız sağ olsun, yaxşı yol” deyib getdi”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar