Bakıda yol qəzası baş verdi: 3 nəfər xəsarət aldı

Bakıda yol qəzası baş verdi: 3 nəfər xəsarət aldı
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının Nəsimi rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

A24.Az report-a istinadən xəbər verir ki, hadisə Kövkəb Səfərəliyeva və 28 May küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisəyə 1986-cı il təvəllüdlü Astara rayon sakini Məmmədov Hafiz Naib oğlunun “Mercedes” markalı avtomobil ilə işıqforu qırmızı işıqda keçməsi səbəb olub. Onun yüksək sürətlə hərəkətdə olan maşını 28 May küçəsindən gələn “Mercedes” markalı sərnişin mikroavtobusuna çırpılıb.

Nəticədə mikroavtobus aşıb, içərisində olan 6 sərnişindən 3-ü yüngül bədən xəsarətləri alıb.

Mikroavtobus şirkət maşını olub və işçiləri daşıyırmış.

Hadisə ilə əlaqədar əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar