A24 Xeber

Bakıda yük maşını 3 nəfəri vurdu

Bakıda yük maşını 3 nəfəri vurdu
19
19 Aprel 2018 - 2:31

Bakının Suraxanı rayonunda 3 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, 21 yaşlı Orucov Hüseyn Mehman oğlu, 24 yaşlı Həsənova Türkanə Mehman qızı və 19 yaşlı bacısı Həsənova Turanə Mehman qızı Səttar Bəhlulzadə küçəsində yolu keçmək istəyən zaman onları naməlum markalı yük avtomobili vurub.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. İlkin ehtimala görə, hadisəyə səbəb kimi sürücünün yuxulaması və qəfil qarşısına çıxan piyadaları görməməsi göstərilir.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00