Bakıda yük və minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var

Bakıda yük və minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda “Porsche” markalı minik maşını ilə “Shacman” markalı yük maşını toqquşub.

A24.Az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Avtomobillərin hər ikisi metronun “Koroğlu” stansiyası istiqamətində hərəkət edirmiş. Ehtimal olunur ki, “Porsche”nin sürücüsü avtomobili yüksək sürətlə idarə edirmiş. Eyni zamanda, yük maşınının arxa hissəsində də xəbərdaredici nişanlar olmadığı üçün qaranlıq yolda görünməsi çətinləşib. Sonda qəza qaçılmaz olub.

Yol qəzası nəticəsində minik maşınının sürücüsü xəsarət alıb. O, ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Hadisənin təfərrüatlarını isə Nizami RPİ-nin təhqiqatçıları araşdırır.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar