A24 Xeber

Bakıda zəncirvari qəza: 2 nəfər yaralandı – FOTOLAR

Bakıda zəncirvari qəza: 2 nəfər yaralandı – FOTOLAR
69
29 Yanvar 2018 - 2:38

Bakının Səbail rayonunda, Bakı-Salyan yolunun Şıxov qəsəbəsi ərazisinə düşən hissəsində zəncirvari qəza baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, “Mercedes”, “Hundai” və “Renault” markalı avtomobillərin toqquşması nəticəsində sonuncu maşında olan 2 nəfər xəsarət alıb.

Yaralılardan biri 1992-ci il təvəllüdlü  Qurbanov Orxan İlqar oğludur. Onun vəziyyəti ağırdır. Digərinin adı hələ ki, məlum deyil.

Qəzaya yuxarı məhəllədən yola axan suyun donması səbəb olub.

Əraziyə DİN-in Çevik Polis Alayı və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Asayiş keşikçiləri maşınların hərəkətini asanlaşdırmaq üçün yola duz səpiblər.

YPX əməkdaşlarının həmin ərazidə avtomobillərin aşağı sürətlə hərəkət etməsini tənzimləməsinə baxmayaraq, yüksək sürətlə gələn “99-LS-111” dövlət qeydiyyat nişanlı BMW markalı maşın yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00