A24 Xeber

Bakıda zəncirvari yol qəzası oldu – Video

Bakıda zəncirvari yol qəzası oldu – Video
63
26 May 2018 - 9:00

Bakının Səbail rayonu ərazisində yol qəzası baş verib.

“A24.Az”ın APA-ya istinadən xəbərinə görə, avtoqəza Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində qeydə alınıb.

Hadisə zamanı “VAZ 2121” (Niva) və “Daewoo” markalı minik maşınları toqquşub.

Bundan sonra hərəkətdə olan “KİA” markalı digər avtomobil də avtoqəzanın iştirakçısına çevrilib. Yol qəzası nəticəsində xəsarət alan olmayıb. Ziyan görən yalnız nəqliyyat vasitələri olub.

Əraziyə polis gəlib və müayinələr aparılıb. İlkin versiyaya görə, hadisə Bülbül prospekti ilə gedən “Niva” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi səbəbindən baş verib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00