A24 Xeber

Bakıda zibildaşıyan maşın aşdı: Yaralılar var – VİDEO

Bakıda zibildaşıyan maşın aşdı: Yaralılar var – VİDEO
69
03 Avqust 2018 - 11:22

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bunu A24.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, hadisə dünən Sabunçu rayonu, Balaxanı-Mehdiabad yolunda qeydə alınıb:

“MAN markalı, “90JK-960” dövlət qeydiyyat nişanlı zibildaşıyan maşın, “Mitsubishi” markalı, “90-TT-928” dövlət qeydiyyat nişanlı və “Volkswagen” markalı, “90-LF-821” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib”.

Rüfət Quliyev qeyd edib ki, hadisə nəticəsində dörd nəfər müxtəlif bədən xəsarəti alıb:

“Faktla bağlı hazırda araşdırma aparılır”.

Qeyd edək ki, maşınlardan biri yararsız hala düşüb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00