Bakıdakı avtomobil dayanacaqlarında kameralar quraşdırılacaq

Bakıdakı avtomobil dayanacaqlarında kameralar quraşdırılacaq
Want create site? Find Free WordPress Themes and plugins.

 Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtdakı avtomobil dayanacaqlarında kameralar quraşdıracaq və gündəlik monitorinq aparacaq.

A24.Az xəbər verir ki, bunu BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli İTV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dayanacaqların rəhbərlik etdiyi qurumun tabeliyinə keçməsi ilə bağlı hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə iş aparılır. “Təhvil-təslim işləri başa çatdıqdan sonra dayanacaqlarda kameralar quraşdırılacaq. Bununla da, onların zəbt edilməsi məsələsi aradan qaldırılacaq”.

V.Kərimli həmçinin dayanacaqlarda parklanmanın qiymətinin yüksək olmasına da münasibət bildirib: “Bakını müəyyən zonalara bölmək istəyirik. Şəhər mərkəzind; və ətraflarda fərqli qiymətlər ola bilər. Hazırda təsnifatlaşdırma üzrə işlər gedir. Hələ ki, parklanmada standart tarif yoxdur”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar