"Bakıdakı Qran-Prini pisləyən "Formula-1"in sahibi heç ölkəmizdə keçirilən yarışlarda olmayıb" - AÇIQLAMA

Bakıdakı Qran-Prini pisləyən “Formula-1″in sahibi heç ölkəmizdə keçirilən yarışlarda olmayıb – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda keçirilən “Formula -1” yarışları ilə bağlı ötən gün “BBC-azərbaycanca”da yayımlanan xəbər ölkəmizdə böyük rezonans doğurub.

“A24.Az” bildirir ki, xəbərdə “Formula-1”in sahibi, “Liberty” medianın  rəhbəri Greg Maffei ötən il Bakıda keçirilən “Formula-1” Qran-Pri yarışlarını “Azərbaycan uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmir” sözləri ilə tənqid edib. Daha sonra Greg Maffei Azərbaycanı yarışlardan təqvimi doldurmaq üçün istifadə etməkdə ittiham edib: “Yeni yarışlara imza atmağın arxasında bunlar dayanır: “Daha nə qədər qazana bilərəm? İlkin ödəniş nə qədərdir?”

“A24.Az” bu xəbərin nə dərəcədə düzgün olub-olmadığını aydılaşdırmaq üçün Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ilə əlaqə saxladıq. Nigar xanım yayımlanan məlumatdan xəbərdar olduğunu və artıq bu barədə araşdırma aparıldığını dedi.

Nigar Arpadarai

“Dünən biz özümüz də həmin xəbəri BBC-də gördük və araşdırma aparmağa çalışdıq. Doğrusu, bir az təəccübləndik. Çünki ötən il Azərbaycan çox uğurlu bir Qran Priyə imza atdı. Yəni bunu biz söyləmirik, bunu beynəlxalq avtomobil federasiyasının, “Formula-1”in rəsmiləri, media nümayəndələri, komandalar və Azərbaycana gəlmiş çoxsaylı azarkeşlər söyləmişdi. Çünki biz artıq yarışdan sonra da Azərbaycanın tanıtımı ilə bağlı 16 ölkə arasında araşdırma aparmışdıq. Gördük ki, Azərbaycanın tanınmasında artım kifayət qədər çox olub. Biz artıq ikinci Qran-Pri yarışına hazırlaşırıq və keçən illə müqayisədə bizim bilet satışlarımız ciddi surətdə artıb. Bu onu deməyə imkan verir ki, biz gələn ilki yarışların uğurla həyata keçməsi üçün bu ilki yarışlara çox ciddi yanaşmalıyıq.

Bundan başqa, ötən il “Formula-1”in rəhbərliyi ölkəmizdə keçirilən yarışlarda olmamışdı, Bakıda olan digər rəhbərlik idi. İndi “Liberty” medianı və “Formula-1”in digər işçi heyətini Azərbaycanda iyun ayında salamlamağımız üçün gözləyirik. Və əminik ki, onlar Bakıda olacaq Qran-Prini görəndən, bizim hazırlıqlarımızı və bizim gələcək üçün  planlarımızı anlayandan sonra fikirləri dəyişəcək. Biz bunu tam əminliklə qeyd etməyə çalışırıq. Çünki biz 2016-cı ildə: məsələn, komandaların, “Formula-1” rəhbərliyinin Bakıya gələndən sonra fikirlərinin necə pozitiv olduğunu gördük. Əminik ki, bu il keçirilən yarış zamanı “Liberty” medianın nümayəndələri də Bakıda olacaq. Yarışdan sonra onların fikirlərinin dəyişəcəyini düşünürük”.

Yayımlanan xəbərin təxribat xarakterli yazıla biləcəyini soruşduqda isə, Nigar Arpadarai şərh verməkdən yayındı.

“Bilirsiz, mən buna şərh verməyəcəm. Çünki yazının mənbəyinin hardan olduğunu doğurusu, bilmədiyim üçün… O yazı “BBC azərbaycanca”da yayımlanıb və göstərilib ki, konfranslardan birində deyilib. Həmin sözlərin harda və hansı konfransda deyildiyi isə dəqiq göstərilməyib. Yenə də düşünürük ki, Bakıda olmadıqları üçün planlarımızla hələ tanış deyillər. Tanış olandan sonra fikirləri dəyişəcək”.

Firuzə Alimova…

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İdman, Media, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar