Bakının 4 nöqtəsində havada zərərli maddələr var

Bakının 4 nöqtəsində havada zərərli maddələr var
Want create site? Find Free WordPress Themes and plugins.

“Bakının dörd nöqtəsində atmosfer havasında zərərli maddələr normadan dəfələrlə çoxdur”. 

“A24.az” bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Ətraf mühit üzrə Milli Monitorinq departamentinin əməkdaşı Mirsalam Qəmbərov deyib.

O bildirib ki, bu istiqamətdə araşdırmalar aparılır və nəticələr haqqında məlumat veriləcək: “Eyni zamanda bildirmək istəyirəm ki, ötən həftə paytaxtın Sabunçu, Xətai, Səbail və bir sıra ərazilərdə atmosferdə kəskin qoxu müşahidə edilib və bu da insanlara mənfi təsir göstərib. Bununla bağlı müvafiq təşkilatlara xəbərdarlıq etmişik. Müəyyən etdik ki, qoxu şəhərin müvafiq nöqtələrində 4 yerdə daha kəskin yayılıb. Bu bilavasitə neft emalı zavodu və onun əhatə dairəsinə aid olan yerlərdir. Havanın isti və rütubətin normaya uyğun olmaması bu maddələrin daha çox yayılmasına səbəb olub. Neftayırma zavodunun əməkdaşları prosesin onlarda baş vermədiyini deyir. Mənbədən alınan tullantı texnologiyaya uyğun ola bilər. Lakin atmosferə atılanda bu atmosfer havası üçün zərərli ola bilər. Ayrılan tullantıların atmosfer havası üçün zərərsiz olması üçün bütün lazımı tədbirlər görməkdə istehsalçı müəssisələr  öhdəlik daşıyır. Qanunvericiliyin tələbi pozulursa, qanunamüvafiq tədbir görülməlidir. Buna uyğun protokol tərtib edilib. İşçi qrupumuz hazırda pis qoxu yayılan ərazilərdə  ətraf mühitə vurulan ziyanı hesablayır,  yaxın günlərdə bu rəqəm açıqlanacaq. Heç kim düşünməsin ki, bu vaxta qədər belə bir problem var idi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparmır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar