A24 Xeber

Bakının 4 orta məktəbində dərslər dayandırıldı – SƏBƏB?

Bakının 4 orta məktəbində dərslər dayandırıldı – SƏBƏB?
247
25 Aprel 2018 - 10:49

Bakıda 4 orta məktəbdə dərslər dayandırılıb.

“A24.az” bildirir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

O qeyd edib ki, 2018 “Formula 1 Azərbaycan Qran Prisi” yarışı ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb:

“Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may 2018-ci il tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00