Bakının bəzi qəsəbələri qazsız qalacaq - XƏBƏRDARLIQ

Bakının bəzi qəsəbələri qazsız qalacaq – XƏBƏRDARLIQ
Want create site? Find Free WordPress Themes and plugins.

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən A24.Az-a verilən məlumata görə, daşıyıcı qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyicinin və diametri 200mm-lik siyirtmənin təmiri eləcə də aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar, sabah saat 09:00-dan təmir işləri tamamlananadək Abşeron rayonu Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilə yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar