A24 Xeber

Bakının bu qəsəbəsinə giriş məhdudlaşdırılır

Bakının bu qəsəbəsinə giriş məhdudlaşdırılır
53
02 Aprel 2018 - 14:46

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin 28 may küçəsindən giriş hissəsində (dəmiryolu körpüsünün altından giriş) bu gün gecə saatlarından etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.

A24.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumatda həmçinin deyilir ki, sürücülər alternativ olaraq Nəriman Nərimanov küçəsi istiqamətindən qəsəbəyə daxil ola bilərlər.

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00