Bakının bu rayonlarındakı PİS QOXU ilə bağlı ARAŞDIRMA

Bakının bu rayonlarındakı PİS QOXU ilə bağlı ARAŞDIRMA
Want create site? Find Free WordPress Themes and plugins.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai və Nərimanov rayonları ərazisində havaya kəskin iy-qoxunun yayılması barədə vətəndaşlardan şikayət daxil olub.
Nazirliyin mətbuat xidmətindən A24.Az-a verilən xəbərə görə, Nazirliyin Ətraf Mühitin Mühafizəsi və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin  mütəxəssisləri yerində araşdırma və monitorinq aparıb.
Aparılan təhlillər zamanı havadakı iy-qoxunun Bakı Neft  Emalı  Zavodunun Böyük Şor sahəsindəki qurğuların ətrafında daha çox yayıldığı müşahidə edilib.
Nazirliyin mütəxəssisləri tərəfindən 31 avqust və 1 sentyabr 2018-ci il tarixlərində Bakı Neft  Emalı  Zavodunun ətraf ərazilərində monitorinq keçirilib, atmosfer havasından ayrı-ayrı saatlarda 3 dəfə nümunələr götürülüb.
Analizlərin nəticələrinə görə, havada etil-benzol, meta-ksilol, orto-ksilol, hidrogen sulfid kimi kimyəvi tərkibli maddələrin yol verilən qatılıq həddindən çox olduğu müəyyən edilib.
Ərazidə sonuncu monitorinq bu gün saat 15 radələrində keçirilib və iy-qoxunun azaldığı müşahidə olunub.
Araşdırma zamanı məlum olub ki, iy-qoxu Bakı Neft  Emalı  Zavodunun Böyük Şor 1 saylı xam neftin qəbulu sahəsində, 202-305 saylı qurğulardan gələn 500 mm-lik boru xətti, müəssisədə aparılan ümumi rekonstruksiya işləri çərçivəsində, dəyişdirilərkən  havaya yayılıb.
Bu cür halların təkrar olunmaması və rekonstruksiya işləri zamanı çirklənmənin qarşısının alınması məqsədilə əvvəlcədən ETSN ilə razılaşdırılmış tədbirlərin həyata keçirilməsinin zəruriliyi barədə Zavodun rəhbərliyinə xəbərdarlıq olunub və icrası məcburi olan “məcburi göstəriş” verilib.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar