Bakının bu yerlərində yaşayanların nəzərinə: qaz olmayacaq

Bakının bu yerlərində yaşayanların nəzərinə: qaz olmayacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“A24.az” bildirir ki, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına əsasən, Mehmandarov küçəsində diametri 100 mm-lik siyirtmənin yenisi ilə əvəzlənməsi, Babək prospekti 5-ci Rezervuar küçəsində yeni çəkilmiş diametri 159 mm-lik qaz xətlərinin mövcud şəbəkəyə qoşulması, Mehmandarov 66 ünvanında diametri 159 mm-lik siyirtmənin və  Mehmandarov 18 ünvanında 2 ədəd  qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar, iyulun 18-də saat  09:00-dan təmir işləri tamamlananadək Xətai rayonu, Gəncə, Babək  prospektləri, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüarov, Sadıqcan, X.Məmmədov küçələrinin, Əhmədli kəndi və ətraf ərazilərinin  bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar