Bakının bu yollarında DƏYİŞİKLİKLƏR VAR

Bakının bu yollarında DƏYİŞİKLİKLƏR VAR
Want create site? Find Free WordPress Themes and plugins.

Sabunçu-Zabrat yolunda nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir.

A24.Az xəbər verir ki, bu işlər çərçivəsində vətəndaş müraciətləri nəzərə alınaraq, yol boyu svetoforların vaxt planlarında dəyişiklik edilib. Dəyişiklik edilən zaman yolda nəqliyyat axını təhlil edilib və əldə edilən nəticələrə əsasən, Sabunçu-Zabrat yolundakı svetoforların yaşıl fazasının vaxtı artırılıb. Məqsəd, günün pik saatlarında yolda müşahidə edilən sıxlığın aradan qaldırılması, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etməkdir.

Qeyd edək ki, hazırda Sabunçu-Zabrat yolunda piyada təhlükəsizliyinin artırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən kompleks təhlillər aparılır.

Bir qədər əvvəl isə yolun Heydər Əliyev prospekti ilə kəsişməsində sıxlığın aradan qaldırılması və sərnişinlərin təhlükəsizliyinin artırılması məqsədi ilə avtobus dayanacaq məntəqələrinin də yeri dəyişdirilib.
A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar