Bakının "London taksiləri" rəngini dəyişir - FOTO

Bakının “London taksiləri” rəngini dəyişir – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda fəaliyyət göstərən bənövşəyi “London taksiləri” tədricən yerini ağ rəngli, görüntüsündə müəyyən dəyişikliklər edilmiş eyni model taksilərə verir.

“A24.az”ın məlumatına görə, “Bakı Taksi” MMC-nin rəhbəri Ramal Ağayev Trend-ə deyib ki, şirkətin balansında olan taksilər tədricən ağ rəngdə boyanaraq istifadəyə verilir:

“Taksilərin ağ rəngə boyanması “Bakı Ağ Şəhər” layihəsinə uyğun olaraq həyata keçirilir. Yeni rənglənmiş taksilər iki istiqamət üzrə fəaliyyət göstərəcək. Üzərində ağ şahmat damaları olan taksilər yalnız hotellərin qarşısında dayanaraq qonaqlara, sarı şahmat damaları olan taksilər isə şəhər sakinlərinə xidmət göstərəcək”.

R.Ağayev taksilərdə vahid tariflərin tətbiqi məsələsinə də toxunub: “Əlbəttə, vahid tarifin tətbiqi sağlam rəqabətə və xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Bu gün bir çox taksilər xidmət keyfiyyətinin səviyyəsi aşağı olsa da, müxtəlif qiymətlər tətbiq etməklə müştəri cəlb etməyə çalışırlar, lakin vahid tarifin tətbiqindən sonra yalnız xidmət keyfiyyətinin yüksək olması ilə müştəri cəlb etmək mümkün olacaq. Bu baxımdan biz də əsasən xidmət keyfiyyətinin yüksəldilməsinə diqqət ayırırıq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Texnologiya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar