A24 Xeber

Bakının mərkəzində gənc qızı öldürdülər

Bakının mərkəzində gənc qızı öldürdülər
631
01 May 2018 - 11:35

Paytaxtın Nərimanov rayonunda qətl hadisəsi qeydə alınıb.

A24.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 10:00 radələrində “Şərq” bazarı yaxınlığında baş verib.

Şəxsiyyəti hələ istintaqa məlum olmayan gənc qız bıçaqlanaraq öldürülüb, onun yanındakı oğlana isə ağır xəsarət yetirilib.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00