Bakının qanunsuz zəbt olunmuş ərazilərdə söküntü - VİDEO

Bakının qanunsuz zəbt olunmuş ərazilərdə söküntü – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın rayonlarında qanunsuz zəbt olunmuş ərazilərin hasarlarının söküntüsü işləri davam etdirilir.

“A24.az” “Report”a istinadən xəbər verir ki, Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki “Zeytunluq” adlanan ərazidə söküntü işləri zamanı hazırladığı videomaterialı təqdim edir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə texnika və işçi qüvvəsi cəlb olunmaqla zeytunluq ərazisində, ümumilikdə 3 ha sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarları sökülüb, ərazi tikinti materialları və tullantılardan təmizlənib. Bu ərazidə yeni ağacların əkilərək yaşıllıqların bərpa olunması ilə bağlı işlərə başlanıb. Park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar