Bakının subasma sahələrində gərginlik müşahidə edilir - Nazirlik

Bakının subasma sahələrində gərginlik müşahidə edilir – Nazirlik
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının subasma sahələrində müşahidə olunan gərginlik davam edir.

A24.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, Binəqədi rayonunda 1-ci mədən yaşayış sahəsində, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə edilir.

Mütəxəssis bildirib ki, Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsində, Şuşa şəhərciyi, daş karxanası yaşayış massivində, Zabrat-Məhəmmədi, Savalan subasma sahəsində, Xəzər rayonu Qala qəsəbəsində subasma sahəsində də stabil gərginlik var.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar