Bakıya daha bir yeni metro qatarı gələn ay gətiriləcək - FOTO

Bakıya daha bir yeni metro qatarı gələn ay gətiriləcək – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıya daha bir yeni metro qatarı gələn ay gətiriləcək.

A24.Az xəbər verir ki,  bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Bakıya gətirilən yeni qatarın təqdimatında deyib.

O bildirib ki, yeni qatar 5 vaqondan ibarətdir: “Ötən ilin fevral ayında Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə 2 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bildiyiniz kimi, artıq qatarın biri Bakıya gətirilib. Növbəti qatar isə mayda gətiriləcək”.

N.Paşayev qeyd edib ki, qatarda olan hər 5 vaqonda sərnişinlər üçün keçid mövcuddur: “Qatar son texnologiyalarla təmin edilib”.

O əlavə edib ki, yeni qatarların sərnişin tutumu digərlərinə nisbətən daha çoxdur.

(Trend)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar