Bakıya gələn Kosovo millisinin məşqində qalmaqal

Bakıya gələn Kosovo millisinin məşqində qalmaqal
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycana qarşı keçirəcəyi UEFA Millətlər Liqasının oyunu ilə əlaqədar Bakıya səfər ərəfəsində Kosovo yığmasının son məşqində qalmaqal baş verib. 

“A24.az” “kocha.net” portalına istinadən xəbər verir ki, oyunçular isinmə hərəkətlərinə başlayan kimi media nümayəndələri, oyunçuların ailə üzvləri və yerli azarkeşlər stadiondan çıxarılıb. Halbuki Kosovo Futbol Federasiyası məşqin qapalı keçiriləcəyi ilə bağlı əvvəlcədən heç bir məlumat verməyib. Jurnalistlər, futbolçuların ailə üzvləri və azarkeşlər texniki heyətin bu qərarını narazılıqla qarşılayıb. Xüsusən, oyunçuların qohumları tribunaları sərt reaksiyalar verərək tərk ediblər. Hadisə ilə bağlı Kosovo millisinin texniki heyətindən heç bir açıqlama gəlməyib.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Azərbaycan və Kosovo yığmaları arasında keçiriləcək D Liqasının oyunu saat 20:00-da başlayacaq. Rəqib komanda Bakıya bu gün gələcək.

Report.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar