A24 Xeber

Bakıya gələn Zara festivalın sonuncu günündə danışdı

Bakıya gələn Zara festivalın sonuncu günündə danışdı
67
30 İyul 2018 - 9:23

Şəhərin gözəlliyinə, sakinlərin qonaqpərvərliyinə valeh olmuşam, “Jara-2018” festivalının təşkili ən yüksək səviyyədədir.

“A24.az” bildirir ki, bunu Rusiyanın əməkdar artisti, müğənni Zara deyib. “Fikrimcə bütün dünyanın, ələxsus da bütün postsovet məkanının diqqəti Bakıdadır”, – deyə müğənni bildirib.

Müğənni deyib ki, bu gün səhər Fəxri Xiyabanı ziyarət edib, ümumilli lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini anıb: “Həmçinin böyük sənətkar və müğənni Müslüm Maqomayevin xatirəsini andım. Hesab edirəm ki, o hər bir tamaşıçının ürəyinə yol tapa bilən ifaçilardan idi. Bəxtim gətirib ki, gənc ifaçı ikən onunla Sankt-Peterburqda bir konsertində iştirak etmişəm. Həyat yoldaşı Tamara Sinyavskaya ilə birlikdə birinci hissəyə yekun vururdu. Zalda nə olduğunu təsəvvür edə bilmərsiz, mən heç bir artistin belə uğurunu görməmişəm. İnsanlar ayağa qalxıb onun səhnəni tərk etməməyini yalvarırdılar”.

Zara həmçinin bildirib ki, festival çərçivəsində Valeri Meladzenin yaradıcılıq gecəsində iştirak edir, özünün və onun repertuarından kompozisiyalar ifa edəcək: “Ümid edirəm ki, ifalar insanlar tərəfindən səmimiyyətlə qəbul ediləcək, çünki bu, artist üçün ən önəmlisidir”.

Trend

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00