A24 Xeber

“BakuBus” avtobusu gecə yolu keçmək istəyən piyadanı vurub

“BakuBus” avtobusu gecə yolu keçmək istəyən piyadanı vurub
56
23 May 2018 - 8:41

Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“A24.az” “Report”a istinadən xəbər verir ki, “Su Sonası” şadlıq sarayının qarşısından yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Fəxrəddin Əhədovu “BakuBus” MMC-yə məxsus 5 nömrəli sərnişin avtobusu vurub.

Yaralı “təcili yardım” maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00