A24 Xeber

“BakuBus”da kondisionerlər nə zaman işləyəcək?

“BakuBus”da kondisionerlər nə zaman işləyəcək?
33
06 May 2018 - 16:57

Havaların istiləşməsi özü ilə bərabər bir neçə problem də gətirib.  Qapalı məkanlarda insanların isti havaya dözümsüzlüyü onları bir az da aqressivləşdirir. İctimai nəqliyyatdan istifadə edən vətəndaşları narahat edən başlıca problem marşrut avtobuslarında kondisioner sisteminin olmasına baxmayaraq, sürücülərin onu qoşmamasıdır. Xüsusilə də avtobusların salonları sərnişinlərlə həddindən artıq yüklənən zaman problem daha da böyüyür.

“A24.az” xəbər verir ki, bəzi nəqliyyat vasitələrinin pəncərləri tam açılmadığı üçün avtobusun içərisinə az hava daxil olur. İçəridə təmiz hava azaldığından sərnişinlər buna narazılıq edir. Elə sərnişinlərlə sürücü arasında yaranan mübahisəyə səbəb də avtobusda sürücülərin kondisioneri işlək vəziyyətə gətirməməsidir. Sosial şəbəkə istifadəçiləri də avtobuslarda kondisionerlərin işləməməyindən gileyləniblər.

“BakuBus”da kondisionerlər nə zaman işləyəcək?

“Bakubus” MMC-nin  mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev “Modern.az” saytına açıqlamasında deyib ki, “BakuBus”un avtobuslarında havalandırma sistemi hazırda işləyir:

“Və ehtiyac yaranarsa  yan pəncərələr də açılır. Sərnişinlər bununla bağlı sürücüyə yaxınlaşıb müraciət edə bilər. Bu cür məsələlərdə çoxluğun fikri əsas götürülür. O ki qaldı kondisonerlərin işlədilməsinə, bununla  bağlı qaynar xəttimizə də sərnişinlər tərəfindən müraciətlər daxil olur”.

M.Piriyev avtobuslardan kondisionerlərin nə zaman işə salınacağından da söz açıb:

“Çox güman ki, yaxın günlərdə hava şəraiti nəzərə alınmaqla kondisionerlər də işə salınacaq. Bildiyiniz kimi avtobuslarımızda kondisionerlərin işləmə mexanizmi mərkəziləşdirilmiş qaydada həyata keçirilir. Bu gündəlik hava şəraitinə uyğun olaraq tənzimlənir”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00