A24 Xeber

“BakuBus”ın mətbuat xidmətinə Yeni Təyinat

“BakuBus”ın mətbuat xidmətinə Yeni Təyinat
41
30 May 2018 - 13:42

“BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

“A24.az” bildirir ki, MMC-dən verilən xəbərə görə, bu vəzifənin icrası jurnalist Qabil Babayevə həvalə olunub.

O, bu vəzifədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri təyin edilən Mansur Piriyevi əvəzləyib.

Qeyd edək ki, Q. Babayev 1999-2005-ci illərdə müxtəlif qəzetlərdə müxbir, 2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor, böyük redaktor, aparıcı, 2013-2016-cı illərdə “Yevlax Tv” MMC-də (hazırkı ARB Aran Media Şirkəti) baş direktorun informasiya məsələləri üzrə müavini, 2017-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi vəzifələrində çalışıb, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00