A24 Xeber

Balakəndə narkotik laboratoriyası aşkarlanıb – FOTO

Balakəndə narkotik laboratoriyası aşkarlanıb – FOTO
51
24 May 2018 - 18:30

Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

A24.Az xəbər verir ki,  polis əməkdaşları əvvəllər məhkum olunmuş Məmməd Şamxalovun fərdi yaşayış evinə baxış keçiriblər.

Axtarış zamanı həmin şəxsin evinin 1-ci mərtəbəsində xüsusi örtüklə izolə edilmiş narkotik tərkibli bitkilərin yetişdirilməsi və emalı üçün nəzərdə tutulmuş istilikvermə cihazları, buxarlandırma sistemləri və digər texniki ləvazimatlarla təchiz edilmiş xüsusi laboratoriya aşkar edilib.

Polis əməkdaşları tərəfindən oradan 57 kiloqram 345 qram qurudulmuş marixuana, 2147 ədəd çətənə toxumu, 2 ədəd elektron tərəzi, həmçinin müvafiq sənədləri olmayan 2 tüfəng, 6 ədəd patron, optik-gecəgörmə qurğusu,1 ədəd soyuq silah hesab edilən beşbarmaq tipli bıçaq tapılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq evin həyətyanı sahəsinə əlavə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə əkilərək aqrotexniki qaydada qulluq edilən 40 ədəd, laboratoriyadan isə 95 ədəd çətənə bitkisinin kolları müəyyən edilərək götürülüb.

Narkotik vasitələr və silahlar müvafiq protokol tərtib olunaraq müsadirə olunub və maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı əməliyyat və istintaq tədbirləri davam etdirilir.

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00