A24 Xeber

Baloğlan Əşrəfovun konsertində zal boş qaldı: O, məhkəməyə verilir

Baloğlan Əşrəfovun konsertində zal boş qaldı: O, məhkəməyə verilir
118
09 Sentyabr 2018 - 15:56

Ötən gün əməkdar artist Baloğlan Əşrəfovun Yaşıl Teatrda solo konserti baş tutub.

“A24.az” xəbər verir ki, gecədə zalın çox oturacağının boş olması və səhnə dekorasiyasının olmaması diqqət çəkib. İfaçı isə konsertdəki çatışmazlıqlarda gecənin təşkilatçısı, “Xattab Organization” şirkətinin rəhbəri Samir Xəttabı günahlandırıb.

B.Əşrəfovun ittihamlarına təşkilatçı sosial şəbəkədə cavab verib. O, əməkdar artisti məhkəməyə verəcəyini bildirib: “Baloğlan Əşrəfovun konsertinin təşkilatçılığı mənə aid deyildi. Çünki bu gün biletlərin bərbad sayda satılmasına görə rəsmi olaraq konserti ləğv edib, bu barədə müvafiq şirkətə məlumat verərək biletlərin geri qaytarılmasını təmin etmələrini xahiş etmişdim. Bu barədə müğənniyə də məlumat vermişdim. Özlərinin məndən icazəsiz, lakin mənim şirkətimə məxsus kassa hesabından istifadə edərək təşkil etdikləri tamaşa mənə məxsus olmadığı üçün orada iştirak etmədim.

Çünki kariyeram boyu bu cür texniki rayder, səhnə tərtibatı olan konsert təşkil etməmişəm. 12 gün öncədən ləğv etmək istəyəndə son günə qədər gözləməyi xahiş edən, bərbad sayda satılmış biletlərdən biabır olmaqdan çəkinən sənətçi bu gün səhnədə niyəsə elə hey məni yad edirmiş. Hətta təşkilatçını tanımırmış. Hələ indiyə kimi bu qədər reklamı edilməyən şəxs niyəsə özünə aid olan tamaşanı utanaraq mənim adıma yamamaq istəyib. Arxada başqa, üzdə başqa danışmaq lazım deyil.

Hər şey rəsmidir. Bazar ertəsi bütün rəsmi sənədlərlə açıqlamam olacaq və barəsində mənim ünvanıma kütləvi tədbirdə şər-böhtan fikirlərinə, ictimai işgüzar nüfuzuma xələl yetirməsinə görə, maddi və mənəvi təzminat şikayəti ilə ömrümdə ilk dəfə məhkəməyə müraciət edəcəm. Arxamca danışmaqdansa, mənim kimi zəng edib, üzə demək daha çox cəsarət tələb edir, uçan quşlar…

P.S: Azis, sənin konsertindən sonra adım belə bir yerdə hallandığı üçün bağışla”.

Musavat.com

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00