A24 Xeber

Balotelli də getdi

Balotelli də getdi
27
21 Aprel 2018 - 16:31

İtaliyalı məşhur futbolçu Mario Balotelli Fransanın “Nitsa” klubu ilə vidalaşıb.

A24.Az Report-a istinadən xəbər verir ki, 28 yaşlı oyunçu məlumatı şəxsi “İnstagram” hesabından paylaşıb.

Hücumçu yayda komandanı tərk edəcəyini açıqlayıb: “Burada iki gözəl mövsüm keçirdim. Hər kəsə təşəkkür edirəm. Amma hələ qarşıda 5 oyun var”.

İtaliyalı futbolçunun klubu ilə müqaviləsi yayda başa çatır. Beləliklə, Balotelli artıq azad agent kimi digər klublarla danışıqlar aparmaq hüququna malikdir.

Qeyd edək ki, Mario Balotelli 2016-cı ildən etibarən “Nitsa” komandasında çıxış edir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00