''Balta'' animasiya filminin ilk seriası təqdim olunub

”Balta” animasiya filminin ilk seriası təqdim olunub
Want create site? Find Free WordPress Themes and plugins.

“Balta” animasiya filminin ilk seriası izləyicilərə təqdim olunub. 

A24.az-ın da media dəstəkçisi olduğu bu animasiya filmi Azərbaycan gəncinin gündəlik həyatda yaşadığı problemlərə yumoristik və absurd yanaşan yetkinlər üçün cizgi serialıdır.

Rejissoru və ssenaristi Rəvan Muradov olan “Balta” bu günə kimi böyüdüyünün fərqində olmayan, nadinc baş qəhrəmanımız İsmayılın öz ailəsinin güvənini qazanmaq və sevdiyi qız Cananı əldə etmək üçün çox pul qazanmalı olduğunu dərk etməsilə başlayır. Onun bu məqsədlə əl atdığı yollar sizi macəralardan macəralara aparacaq.

Ana dilimizdə sosial şəbəkə və internet mediasında yayımlanacaq “Balta” animasiyası 4K keyfiyyəti ilə ümumilikdə 20 nəfərlik komandanın əməyi nəticəsində ərsəyə gəlir.

Art Direktor: Əmrah Niyazalı Marketoloq: Elçin Hüseynov Animatorlar: Vüsal Kərimov, Fərman Dadaşov Proyekt Menecer: Nicat Manafov

A24.az “Balta” animasiya filmini sizə təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes, Maraqlı, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar