Bank krediti olanlara ŞAD XƏBƏR- RƏSMİ AÇIQLAMA

Bank krediti olanlara ŞAD XƏBƏR- RƏSMİ AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Nazirlər Kabineti xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması ilə bağlı vətəndaşları narahat edən məsələyə münasibətini açıqlayıb.

A24.az xəbər verir ki, “Banklar haqqında” qanuna əsasən, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komissiya haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.

Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 2015-ci il 14 may tarixində Mülki Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitutusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair qərar qəbul edilib. Həmin qərara görə, əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlər bankların maliyyə imkanlarından asılı olaraq, həyata keçirilə bilər.

Beləliklə, kredit təşkilatları ilə müştəqilər arasında münasibətlər qarşlılıq qaydada razılaşdırılmış müqavilə ilə tənzimlənir.(trend)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar