"Bank sektoru 1-2 qrupun əlində cəmləşib, bu da..." - İqtisadçılar banklardakı vəziyyətdən danışdılar

“Bank sektoru 1-2 qrupun əlində cəmləşib, bu da…” – İqtisadçılar banklardakı vəziyyətdən danışdılar
Want create site? Find Free WordPress Themes and plugins.

Millət vəkili Vahid Əhmədov mətbuata açıqlamasında bildirib ki, kapital yığımı yüksək səviyyədə olmayan bir sıra banklar bağlanacaq. Hazırda 32 bank Azərbaycan üçün çoxdur. Ölkə üzrə iri kapitallı 15-16 bank kifayətdir ki, müştərilərə normal xidmət göstərsin.

 Vahid Əhmədov
Vahid Əhmədov

Deputat həmçinin əlavə edib ki, ölkədə fəaliyyət göstərən bankların bağlanmasının tərəfdarı deyil: “Biz bankların təmərküzləşməsini istəyirik. Birləşsinlər, yeni kapital əmələ gətirsinlər ki, sonra aşağı faizlə kredit verə bilsinlər”.

Ümumiyyətlə, iqtisadiyyatın belə çətin durumlarında bank sektorunun sağlamlaşdırılması üçün nə etməli? Bankları birləşdirmək və ya bağlamaq vəziyyətdən çıxış yoludurmu?

Məsələ ilə əlaqədar A24.Az-a açıqlama verən iqtisadçı Azər Mehdiyev ölkədə bank sektorunun sağlamlaşdırılması iqtiqamətində ciddi addımların atılmasına ehtiyac olduğunu deyib:

Azər Mehdiyev
Azər Mehdiyev

“Biz Azərbaycanda əvvəldən neft gəlirləri hesabına formalaşmış bank sektorunun əslində iqtisadiyyatın normal səbəblərinə cavab vermədiyini və bu bankların daha çox neft gəlirləri hesabına fəaliyyət göstərdiyini zaman – zaman demişdik. Qeyd etmişdik ki, neft gəlirlərinin olduğu dövrdə bank sektorunda çox ciddi bu cür çaxnaşmaların olması qaçılmazdır. Və təəssüf ki, bu dediklərimiz özünü doğrultdu. Həqiqətən də ölkədə neft gəlirlərinin azalması banklar üçün ciddi problemlər yaratdı. İri həcimli kreditlərin banklardan alınıb, geri qaytarılmaması bank sektorunda daha dərin böhran yaratdı”.

Ekspertin sözlərinə görə, mövcud bank sektorunun sağlamlaşdırılması üçün komlpeks addımların atılmasına ehtiyac var:

“Burada həm də bankların konsolidasiyasına ehtiyac var, hansı ki, bankların birləşdirilməsi nəticəsində öz kapitalını gücləndirməsi və ciddi rəqabət şəraitində fəaliyyət göstərməsinə hazır olması vacibdir. Lakin bununla yanaşı mövcud durum üçün bank sektorundakı vəziyyət heç də rəqabətli deyil. Bank sektorunda ciddi bir təmərküzləşmə mövcuddur. Və bu təmərküzləşmə çox bankların 1-2 qrupun əlində cəmləşməsi, ölkədə təsərrüfat birliklərinin böyük bir hissəsinin məcburən bu və ya digər banklara müştəri olmasına gətirib çıxarır. Bu da rəqabət mühitini pozur. O baxımdan son illər atılan addımlar heç də bütövlükdə bank sektorunun sağlamlaşmasına gətirib çıxarmır. Düzdür, bankların müəyyən qisminin bağlanması qaçılmaz olur, müəyyən qismini məcburi qaydada hansısa formada birləşdirilməyə cəhd edirlər. Ancaq bütövlükdə bu sektorun canlanmasının kökündə real rəqabət mühitinin yaradılması dayanmalıdır. Ancaq hələ ki, bu yoxdur”.

İqtisadçı ekspert Cəfər İbrahimli A24.Az-a açıqlamasında qısa müddət ərzində ölkədə çox bankın bağlandığına diqqət çəkdi:

Cəfər İbrahimli
Cəfər İbrahimli

“Əslində bu qədər bankı bağlamaq düzgün deyildi. Bu bankların problemli aktivlərinin başqa bir fondda toplanıb, həll olunması metodlarına baxmaq lazım idi. Sağlamlaşdırılma prosesinə ciddi vaxt ayırmadan dərhal bağlanmaya gedildi. Bağlanma da əslində o qədər də uğurlu bir variant deyil. Bankların bağlanması son variant olmalı idi. Banklar bağlanandan sonra gördülər ki, əmanət fondunda kifayət qədər vəsait var. Orda əhalinin əmanətlərinin kompensasiyalaşmış hissəsi deyil, orada kompensasiya olunmamamış əhalinin əmanətləri, bununla yanaşı bankla işləyən şirkətlərin xeyli vəsaitləri qaldı. Dolayısıyla, əhalinin əmanətlərini ödəməklə bitmir”.

İqtisadçı əlavə etdi ki, bankların bağlanması prosesi uzun vaxt tələb edən bir işdir:

“Orda yüzlərlə, minlərlə insan oturub, bu, bankın ləğvetmə prosesinin nə vaxt bitəcəyini, bankda qalan vəsaitdən öz payını alıb, ala bilməyəcəyini düşünməklə məşğuldur. Banklar bağlanmazdan öncə sağlamlaşdırılmaya baxılmalıdır. Sağlamlaşdırılma metdoları çoxdur. Bəzi ölkələrdə belə vəziyyətlərdən necə çıxırlar, onlara baxılar bilərdi. Bank aktivləri bizim real bazara uyğun belə ola bilərdi ki, banklar bir-birilər ilə birləşməyə uyğun gəlmirsə, səhmdarlar razılaşmırlarsa, daha dərin problemli aktivlərlə bağlı bir fond yaradıla bilərdi. Dövlət o fond vasitəsi ilə bankların bir hissəsini sağlamlaşdırırdı. Yerdə qalanı ilə isə bir başa fond məşğul olub, o vəsaitləri sağlamlaşdırıb, daha sonra geri dönüşünü təmin etmək mümkün ola bilərdi.

Ümumiyyətlə, bankların bağlanmasının tərəfdarı olmamışam. Fikrimcə, indi bir az vəziyyət dəyişdirilib.  2017-ci il üçün bankların sürətli şəkildə bağlanmasını gözləmirəm”.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar