A24 Xeber

Banklar gücləndirilmiş iş rejiminə keçir

Banklar gücləndirilmiş iş rejiminə keçir
33
30 Aprel 2018 - 21:34

Mayın 1-dən 31-dək Bakı şəhərində növbəti dəfə keçiriləcək ticarət festivalı ilə əlaqədar olaraq, banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata görə, 23 bankın 48-dən çox filial və şöbəsi Baku Shopping Festivalda müştərilərə xidmət edəcək

Festival dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcəklər.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00