A24 Xeber

Banklar bəzi məlumatları müştərilərdən gizlədir. Çünki gizlədilən məlumatlar konkret olaraq bankların faydasından çox zərərinə ola bilər. Halbuki, həmin məlumatların müştərilərə çatdırılması bankların vəzifə borcudur. Belə məlumatlardan biri budur ki, vətəndaş krediti alandan sonra onu ödəmə qabiliyyətini itirərsə, bununla bağlı banka rəsmi müraciət edə və bank faizlərinin hesablanmasını dayandıra bilər.
A24.Az xəbər verir ki, bankların müştərilərin ödəmə qabiliyyətini artırmaq üçün qarşılaşdığı problemləri həll etməklə bağlı vəzifələri də var. Yəni bank təkcə müştəridən nəsə almaq yox, həm də onun maliyyə vəziyyətini normallaşdırmaq üçün ona köməklik göstərməklə də mükəlləfdir. Bu, o halda olur, müştərinin krediti problemli kreditlər siyahısına düşür və ödəmə qabiliyyətini tam, ya da qismən itirmiş olur.
Üçüncü bir məqam isə bundan ibarətdir ki, banklar bəzən müqavilə vaxtı bitən kreditlərə də əlavə faiz hesablayır və vətəndaşdan qanunla müəyyən olunmuş miqdardan daha çox vəsait tələb edirlər. Ancaq əslində vətəndaşın bank faizləri ilə bağlı öhdəliyi müqavilənin vaxtı bitən günə qədərdir.
Bankların vətəndaşlardan gizlətdiyi məlumatlar arasında komisyon haqlar, sığorta haqları, girovların qəbul edilməsi və girov qoyulması prosesindəki ödənişlər barədə öncədən məlumat verməmələri də yer alır. Məhz belə məqamların olması nəticəsində müştərilərlə banklar arasında mübahisələr yaranır, ya da müştərilərin banka olan etimadının itməsinə səbəb olur.

Xəzər Xəbər

Banklar bəzi məlumatları müştərilərdən gizlədir. Çünki gizlədilən məlumatlar konkret olaraq bankların faydasından çox zərərinə ola bilər. Halbuki, həmin məlumatların müştərilərə çatdırılması bankların vəzifə borcudur. Belə məlumatlardan biri budur ki, vətəndaş krediti alandan sonra onu ödəmə qabiliyyətini itirərsə, bununla bağlı banka rəsmi müraciət edə və bank faizlərinin hesablanmasını dayandıra bilər. A24.Az xəbər verir ki, bankların müştərilərin […]

Banklar müştəriləri belə aldadır – VİDEO

596