Bankomatlara yeni virus hücumu haqqında XƏBƏRDARLIQ edildi

Bankomatlara yeni virus hücumu haqqında XƏBƏRDARLIQ edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyada müştərilərin bank hesablarından oğurluğa imkan verən yeni virus meydana gəlib. Yeni hücum barədə məlumat Mərkəzi Bank tərəfindən bazar iştirakçılarına göndərilən xüsusi məktubda izah olunub.

“Kommersant”ın müsahibinin sözlərinə görə, virus bankomatın operativ yaddaşında yerləşir və fayl formasına malik deyil. Buna görə də antivirus proqramları tərəfindən müəyyən oluna bilmir. Xüsusi kodun yığılması ilə virus böyük nominallı pulların yerləşdiyi kassetdən pulların götürülməsinə şərait yaradır. Qeyd edək ki, virus müştərilərin hesabları barədə məlumatlara toxunmur.

Bu proqramlar xaricdə meydana gəlib və hələ ki, Rusiyadakı bankomatlara hücum baş verməyib. Qeyd olunur ki, onlar “Windows” sistemi ilə işlədiyi üçün ölkədəki əksər avadanlıqları təhlükəyə atır. (Report)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar