Edam qərarına qarşı etirazlar edilir

Banqladeşdə daha bir dini lider edam edilir
Want create site? Find Free WordPress Themes and plugins.

Banqladeşdəki İslam camaatının lideri Mir Qasim Əli haqqında verilən edam cəzasına qarşı edilən etiraz rədd edildi. Prokurorluq edam qərarının hər an tətbiq oluna biləcəyini bildirdi.

“A24.az”ın məlumatına görə, Banqladeşin 1971-ci ildə müstəqillik uğrunda apardığı mübarizə əsnasında yol verdiyi iddia edilən cinayətlər səbəbilə, Banqladeş Müharibə Cinayətləri Komitəsi tərəfindən 2 noyabr 2014-cü ildə edam cəzası verilən İslam camaatının lideri və həmin camaata maliyyə dəstəyi verənlərdən biri olan iş adamı Mir Qasim Əli  haqqında verilən edam qərarına qarşı edilən son etiraz rədd edildi.

1452069238287

Mir Qasim Əlinin vəkillərinin bu gün verdiyi son etiraz, prokuror tərəfindən rədd edildi. Baş prokuror Mahbubey Alam, Mir Qasim Əlinin edam qərarı üçün edilən etirazın rədd edildiyini, qərarın hər an tətbiq edilə biləcəyini qeyd etdi.

193945

2010-cu ildə baş nazir şeyx Hasina tərəfindən qurulan Müharibə Cinayətləri Məhkəməsinə ilk gündən başlayaraq etirazlar davam edir. Hasinanın siyasi rəqiblərini pis vəziyyətə saldığını deyən müxalif siyasətçilər tərəfindən tez-tez tənqid edidi. Hökümət isə ittihamları rədd edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar