A24 Xeber

Barak Obama ilə xanımının başına tale quşu qondu

Barak Obama ilə xanımının başına tale quşu qondu
569
02 Mart 2017 - 14:04

Amerikanın keçmiş prezidenti Barak Obama ilə xanımı Mişel Obamanın yazdığı kitabın taleyi, nəhayət ki, bəlli olub.

A24.Az xəbər verir ki, mərkəzi Nyu-Yorkda yerləşən “Penguin Random House” nəşriyyat evi çərşənbə axşamı cütlüyün yazdığı kitabın yayımlanma haqqlarını aldığını açıqlayıb. Obamanın bundan öncə dərc olunan 2 kitabını da nəşr edən məhz bu şirkət olub. Şirkətin icraçı direktoru Markus Dohle çox sevincli olduqlarını qeyd edib: “Obama və xanımının kitabının yayımlama hüquqlarına yenidən sahib olduğumuz üçün çox həyəcanlıyıq”.

İngiltərənin “Financial Times” qəzeti bildirib ki, təşkil olunan hərracda Barak və Mişel Obamanın ayrı-ayrılıqda yazdıqları xatirə kitablarının hüquqlarının alınması üçün “Penguin Random House” şirkəti 60 milyon dollar ödəyəcək.

 

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00