A24 Xeber

Barəsində müsbət danışılmayan SIĞORTA ŞİRKƏTLƏRİ – ANALİZ

Barəsində müsbət danışılmayan SIĞORTA ŞİRKƏTLƏRİ – ANALİZ
86
02 May 2018 - 9:14

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadən sığorta şirkətləri ilə aprel ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 969 xəbər yerləşdirilib. Bunlardan 25-i mənfi, 944-ü isə neytral xəbərlərdir.

Mənfi xəbərlər ATA Sığorta (12 xəbər – Nazirlik “Ata Sığorta”nı məhkəməyə verdi), AzSığorta (8 xəbər – “AzSığorta”da nə baş verir? – Bir ildə 3 milyonluq zərər, geriləyən HESABAT) və Atəşgah Sığortaya (5 xəbər – “Atəşgah”ın hökumətin sığorta siyasətinə qarşı sabotajı) məxsusdur. Aprel ayında elektron mətbuatda bu sektorla əlaqəli müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

1Dövlət Sığorta Kommersiya Şirkəti125 xəbər
2Paşa Sığorta81 xəbər
3AzSığorta74 xəbər
4Atəşgah Sığorta70 xəbər
5ATA Sığorta64 xəbər
6A-Qroup55 xəbər
7Meqa Sığorta50 xəbər
8AXA MBASK Sığorta48 xəbər
9Qala Həyat Sığorta41 xəbər
10Günay Sığorta39 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 58 xəbər dərc edilib. Bunlardan 56-sı neytral, 2-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Atəşgah Sığorta (1 xəbər – “Atəşgah”ın hökumətin sığorta siyasətinə qarşı sabotajı) və ATA Sığortaya (1 xəbər – FHN “Ata Sığorta”nı məhkəməyə verdi) məxsusdur. Aprel ayında yazılı mətbuatda bu sektorla əlaqəli müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1Dövlət Sığorta Kommersiya Şirkəti10 xəbər
2Paşa Sığorta7 xəbər
3İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi6 xəbər
4Qala Həyat Sığorta5 xəbər
5Atəşgah Sığorta4 xəbər
6Günay Sığorta3 xəbər
7AzSığorta3 xəbər
8Beynəlxalq Sığorta Şirkəti3 xəbər
9Standard İnsurance2 xəbər
10Atəşgah Həyat Sığorta2 xəbər

Aprel ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 4 xəbər göstərilib. Bu xəbərlər isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsusdur.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00