"Barselona"nın ulduz futbolçusundan şok sözlər: "Bu komandada özümü bədbəxt hiss edirəm" 

“Barselona”nın ulduz futbolçusundan şok sözlər: “Bu komandada özümü bədbəxt hiss edirəm”
Want create site? Find Free WordPress Themes and plugins.

“Barselona”nın ulduz futbolçusu Andre Gomes Kataloniya təmsilçisi ilə bağlı şok sözlər deyib.

A24.Az xəbər verir ki, Gomes “Barselona”da özünü bədbəxt hiss etdiyini bildirib.

2016-cı ilin yazında “Valensiya” klubundan 35 milyon avro qarşılığında transfer edilən futbolçu ümidləri doğrultmayıb. Belə ki, Gomesin klubun önəmli oyunçularından biri olması gözlənirdi. Lakin futbolçu performansı ilə gözlənilən nəticəni verməyib. Bu səbəbdən 24 yaşlı futbolçu depresiyaya düşüb.

“Meydanda özümü yaxşı hiss etmirəm. İlk altı ay hər şey yaxşı idi. Bəlkə bu ifadəm doğru deyil amma 6 aydan sonra hər şey mənim üçün cəhənnəmə döndü. Bu klubda özümü xoşbəxt hiss etmirəm. Bir çox səbəblərdən evimdən çıxmaq istəmirəm. Çünki insanlar mənə baxır və bundan utanc duyuram. Klubdakı dostlarım mənə lazımından artıq dəstək verir ancaq işlər yolunda getmir” – deyə futbolçu açıqlamasında bildirib.

Nərmin Kərim, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar