A24 Xeber

Baş nazir ASAN Xidmətin tabeliyində dəyişiklik etdi – QƏRAR

Baş nazir ASAN Xidmətin tabeliyində dəyişiklik etdi – QƏRAR
141
24 May 2018 - 8:52

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.

“A24.az”ın məlumatına görə, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara görə, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs də daxil edilib.

Qeyd edək ki, “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Prezident İlham Əliyevin 14 mart 2018-ci il fərmanı ilə yaradılıb.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00