Baş nazir intihar edən şəxsi son anda xilas etdi – FOTO - VİDEO

Baş nazir intihar edən şəxsi son anda xilas etdi – FOTO – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Baş naziri Binali Yıldırım 15 İyul Şəhidləri körpüsünün üzərindən keçərkən intihar etmək istəyən vətəndaşı yolundan döndürüb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, baş nazir özünü körpüdən atmaq istəyən şəxsi son anda intihar etməkdən qurtarıb. Binali Yıldırım təsəlli etmək üçün avtomobilinə oturtduğu vətəndaşa su da içirdib.

Hadisə axşam saatlarında Baş nazir körpünün üzərindən keçən zaman baş verib. İntihar hadisəsini görən Binali Yıldırım avtomobilini saxladaraq intihar etmək insanın yanına gedib. Qarşısında Binali Yıldırımı görən T.T. adlı şəxs intihar etməkdən vaz keçib. Daha sonra mühafizəçilərinin köməyiylə intihara cəhd edən şəxsin əlindən tutan Binali Yıldırım vətəndaşı maşınında otuzdurub və su içirdib. Körpüdə intihar etmək istəyən insanı sakitləşdirdikdən sonra Baş nazir Mədəniyyət və Turizm naziri Numan Kurtulmuşun qızının toy məclisinə T.T. ilə birlikdə gedib.

Binali Yıldırımın xilas etdiyi 40 yaşlı T.T.-nin qardaşları ilə yaşadığı problemlərdən dolayı sıxıntıya düşdüyü və bu səbəbdən intihar etmək istədiyi məlum olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar