Baş Nazir İSTEFA VERDİ: İORDANİYADA

Baş Nazir İSTEFA VERDİ: İORDANİYADA
Want create site? Find Free WordPress Themes and plugins.

 İordaniyada altı gündür davam edən etiraz aksiyaları fonunda baş nazir Hani əl-Mülki istefa verib.

“A24.Az” “Haber7″yə istinadən xəbər verir ki, baş nazir Beynəlxalq Valyuta Fondunun dəstəklədiyi yeni vergi qanunu ilə bağlı mövqeyini dəyişməyəcəyini bildirib.

Onun yerinə Ömər əl-Rezzaz müvəqqəti olaraq baş nazirin səlahiyyətlərini icra edir. Kral II Abdullah ondan yeni hökuməti formalaşdırmasını istəyib.

Aksiya iştirakçıları həmin qanunun əhalinin yoxsul və orta təbəqəsinə ziyan vuracağını vurğulayır.

Bir müddət əvvəl İordaniya kralı II Abdullah etirazçıları danışığa çağırıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar