A24 Xeber

Baş nazir Turizm Agentliyi ilə bağlı QƏRAR imzaladı

Baş nazir Turizm Agentliyi ilə bağlı QƏRAR imzaladı
59
13 İyun 2018 - 9:11

Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.

“A24.az” xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişiklik “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezidentin 2018-ci il 20 aprel tarixli 4 nömrəli sərəncamının 2.7-ci bəndinə əsasən edilib.

Digər bir qərarla Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 20-də “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00