A24 Xeber

Baş nazirdən ipoteka kreditləriylə bağlı QƏRAR

Baş nazirdən ipoteka kreditləriylə bağlı QƏRAR
142
15 May 2018 - 8:45

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın aylıq məcmu gəlirinin hesablanması Qaydası”na dəyişikliklər edilib.

“A24.az”ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli qərarında “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilir.

Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Əvvəlki qaydalara görə, bu zaman borcalan ən azı son 24 ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır. Dəyişikliyə əsasən, bu müddət 12 aya endirilir. Bundan başqa, əvvəlki qaydalarda deyilirdi ki, sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği, gəlir və xərclərin əsaslandırılmış təhlili əlavə olunmaqla, ticarət və istehsal sahələri üzrə ortaaylıq dövriyyənin 20 faizindən, xidmət sahələri üzrə isə 40 faizindən çox ola bilməz. İndi isə aylıq məcmu gəlirin məbləği xidmət sahələri üzrə 70 faizdən çox olmayacaq.

Həmçinin, borcalanın ortaaylıq gəliri aşağıdakı qaydada hesablanır: borcalanın müraciətindən əvvəlki ardıcıl gələn 12 ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə; borcalanın muzdlu işlə əlaqədar və cari transfertlər üzrə gəlirlərinin formalaşma müddəti borcalanın müraciətindən əvvəlki ardıcıl gələn 12 aydan az olduğu hallarda (6 aydan az olma-maqla), ümumi gəlirlərinin faktiki ayların sayına bölünməsi yolu ilə.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00