Baş Polis İdarəsi sabah keçiriləcək mitinqlə bağlı xəbərdarlıq etdi

Baş Polis İdarəsi sabah keçiriləcək mitinqlə bağlı xəbərdarlıq etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın aprelin 14-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

“A24.az”ın məlumatına görə, İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.

Qeyd edək ki, Milli Şura aprelin 14-də keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

BŞİH Milli Şuranın müraciətinə müsbət cavab verib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar